Buraxılışın diametri və mailliyi hesabatla təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Kanalizasiya boru kəməri buraxılışının diametri konstruktiv olaraq kanalizasiya dik borusunun ən böyük diametrindən kiçik olmamalıdır.
Kanalizasiya buraxılışlarında aşağıdakı səviyyə düşmələrinin qoyulmasına yol verilir:
– 0,5 m-ə qədər – baxış quyusundakı suaşıranla;
– 0,5 m-dən yuxarı – en kəsiyi sugətirən boru kəmərinin en kəsiyindən az olmayan və əsasda istiqamətləndirici dirsəklə təchiz edilmiş dik boru şəklində.