Kassa məxaric əməliyyatlarının sifariş sənədi pul vəsaitlərinin dövlət xəzinədarlığının vahid xəzinə hesabından birbaşa və ya büdcə səviyyələri arasında məxaric olmasının təmin edilməsi məqsədilə tərtib edilmiş sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişləri həyata keçirilmiş xərclərin əvəzinin təşkilata təqdim edilməsini təsdiq edən sənəddir.