Təşkilat tərəfindən müqavilə təqdim edildikdən sonra 3 iş günü ərzində Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən baxılır və öhdəliyin qəbul edilməsi haqqında bildiriş “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” vasitəsilə təşkilata təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Öhdəliklərin qüvvədə olma müddəti büdcə ilinin sonunda başa çatır. Əvvəlki büdcə ilində icra olunmuş müqavilədən cari il üzrə müqavilə qalığı yarandıqda onun sonrakı büdcə illərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada maliyyə təminatı formalaşdırıldıqdan sonra yenidən həmin müqavilə üzrə öhdəlik götürülə bilər.