Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi qanunvericiliyin tələblərinin pozulmasına görə Baş idarənin, qeydiyyat şöbələrinin, notariat ofislərinin, Dövlət notariat arxivinin əməkdaşlarına yazılı və ya şifahi xəbərdarlıq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin qanunvericiliyin tələblərinin pozulmasına görə xüsusi notariuslara yazılı və ya şifahi xəbərdarlıq edir, onlara cərimə növündə intizam tənbeh tədbirinin tətbiq olunması barədə, yaxud digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir, Nazirliyin rəhbərliyi ilə razılaşdırmaqla qeydiyyat şöbələrinin və dövlət notariat ofislərinin yardımçı vəzifə tutan işçilərini işə qəbul edilməsi barədə əmr verir.