Rampa yükləmə-boşaltma əməliyyatı üçün nəzərdə tutulan qurğudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Rampanın bir tərəfi anbarın divarına bitişik, digər tərəfi dəmir yolu xətti (dəmir yolu rampası) və ya avtomobillərin giriş yolu boyu (avtomobil rampası) yerləşir.
Platforma rampa ilə analoji təyinata malik qurğudur. Rampadan fərqli olaraq platforma bir tərəfdən dəmir yolu xətti, əks tərəfdən – avtomobillərin giriş yolu istiqamətlərində ikitərəfli layihələndirilir.