Binaların daxili kanalizasiya şəbəkəsinin boru və buraxılışlarının mailliyi yer səthinin gözlənilən çökməsi nəzərə alınmaqla təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili kanalizasiya boru kəmərlərinin calaq birləşmələri elastik tıxanmalar tətbiq etmək hesabına oynaq (hərəkətli) yerinə yetirilməlidir. Sərt konstruktiv sxemlə müdafiə olunan binalarda calaq birləşmələrinin sərt tıxanmasını nəzərdə tutmağa yol verilir.