Dövri və təkrar istifadəli su təchizatı sistemlərində su axıntılarını toplamaq üçün rezervuarların yerli sutəmizləyici qurğularla birlikdə binaların daxilində və xaricində yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Rezervuarlar AzDTN 2.11-1-in tələblərinə uyğun olaraq nəzərdə tutulmalıdır.
Tərkibində toksik və tez çürüyən çirkləndiricilər, həmçinin zəhərli, xoşagəlməz iylər, qazlar və buxarlar ayıran istehsalat tullantı sularını sorub vurmaq üçün nasoslar ayrıca binada, zirzəmidə və ya təcrid olunmuş otaqda, zirzəmi olmadıqda isə birinci mərtəbənin xaricə və ya pilləkən qəfəsinə müstəqil çıxışı olan isidilən otağında yerləşdirilməlidirlər.