Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində məsləhətçi (iqtisadçı) müvafiq qurumların xərclər smetasının xərc yarımmaddələrində zərurət yaranarsa, dürüstləşdirilməsi barədə təkliflər verir və müvafiq qurumlarda təsdiq olunmuş smetalar üzrə maliyyələşdirməni aparmaq məqsədilə hər ay aidiyyəti üzrə təqdim etmək üçün sifariş-məxaric cədvəllərini hazırlayır
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Məsləhətçi (iqtisadçı) həmçinin müvafiq qurumlarda maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət edilməsində iştirak edir, həmin qurumlara iqtisadi işin təşkilində əməli və metodik köməklik göstərilməsi üçün tədbirlər görür, peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır və xidməti fəaliyyətlə bağlı Baş idarənin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.