Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (operator) “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin (XİİS) etibarlı və davamlı funksional fəaliyyətini təmin edir, XİİS-in ayrı-ayrı komponentlərinin auditini təşkil edir və təkmilləşdirilməsi üçün tədbirlər görür, o cümlədən XİİS-ə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrif olunmazlığını və konfidensiallığını təmin edir, habelə onların ehtiyat surətlərini saxlayır və qoruyur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Təşkilat üzrə maliyyə əməliyyatlarının və xəzinə uçotunun təşkili məqsədilə təşkilata onun xəzinə hesabı üzrə şəxsi hesab vərəqəsi yaradılır.