Bakı şəhəri, Binəqədi rayonunda mebel sexində baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.

Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.

“İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib”, – Kamran Əliyev qeyd edib.

Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.