Xəbər verildiyi kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər – Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir: “Baş Prokurorluq bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır”.