Nazirlər Kabineti “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” qərarına dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, qərara əsasən, Olimpiya, Paraolimpiya və qeyri-olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları, birinciliklərində ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin təqdim olunmuş cədvələ müvafiq olaraq mükafatlandırılması barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul ediləcək.

İndiyə qədər Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin təqdim olunmuş cədvələ müvafiq olaraq mükafatlandırılması barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilirdi.

Qeyri-olimpiya proqramı üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması Gənclər və İdman Nazirliyinin daxili imkanları hesabına həyata keçirilirdi.

Qərara əsasən, “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar” yeni redaksiyada verilib, mükafatlar artırılıb:

Olimpiya, Paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə Dünya, Avropa çempionatları və birinciliklərində ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar

 

Olimpiya proqramına daxil olan idman növləri üzrə
Sıra

№-si

 

Yarışın növü

Tutduğu yer və mükafatın məbləği (manatla)
IIIIII
12345
1.Dünya Çempionatı

(fərdi və komanda hesa- bında)

   
 idmançıların hər biri200001800015000
 şəxsi məşqçi və baş məşqçi (hər biri) – idmançıların

mükafat məbləğinin 70 faizi

140001260010500
2.Avropa Çempionatı

(fərdi və komanda hesa- bında)

   
 idmançıların hər biri150001300010000
 şəxsi məşqçi və baş məşqçi

(hər biri) – idmançıların mükafat məbləğinin 70 faizi

1050091007000
3.Gənclər və yeniyetmələr arasında Dünya birinciliyi, Dünya Çempionatı (fərdi

və komanda hesabında)

   
 idmançıların hər biri1000080005000
 şəxsi məşqçi və baş məşqçi

(hər biri) – idmançıların mükafat məbləğinin 70 faizi

700056003500

 

4.Gənclər və yeniyetmələr arasında Avropa birinci- liyi, Avropa çempionatı

(fərdi və komanda hesa- bında)

   
 idmançıların hər biri800050003000
 şəxsi məşqçi və baş məşqçi (hər biri) – idmançıların mükafat məbləğinin 70 faizi560035002100

 

Paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə
Sıra

№-si

 

Yarışın növü

Tutduğu yer və mükafatın məbləği (manatla)
IIIIII
12345
1.Dünya Çempionatı

(fərdi və komanda hesa- bında)

   
 idmançıların hər biri500040003000
 şəxsi məşqçi və baş məşqçi (hər biri) – idmançıların

mükafat məbləğinin 70 faizi

350028002100
2.Avropa Çempionatı

(fərdi və komanda hesa- bında)

   
 idmançıların hər biri400030002000
 şəxsi məşqçi və baş məşqçi

(hər biri) – idmançıların mükafat məbləğinin 70 faizi

280021001400

 

Qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə keçirilən dünya çempionatında azı 20 ölkə komandası və hər fərdi proqramda azı 12 ölkənin idmançısı, Avropa çempionatında isə azı 16 ölkə komandası və hər fərdi proqramda azı 10 ölkənin idmançısı iştirak etməlidir.

Beynəlxalq kompleks yarışlarında: Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmadığı təqdirdə, mükafatlandırılma Olimpiya proqramına daxil olan idman növləri üzrə cədvəlin 2-ci hissəsinə, Tələbələrin Ümumdünya Universiadası və Dünya Oyunları yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması həmin cədvəlin 3-cü hissəsinə, Gənclərin Olimpiya Festivalı yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması isə həmin cədvəlin 4-cü hissəsinə uyğun olaraq həyata keçiriləcək.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı kimi olub:

Sıra

№-si

Yarışın növüTutduğu yer və mükafatın məbləği

(manatla)

IIIIII
12345
1.Dünya Çempionatı   
 idmançı15000100006000
 məşqçi750050003000
2.Avropa Çempionatı   
 idmançı1000060002000
 məşqçi500030001000
3.Dünya Kubokunun final yarışı (ümumi hesabda)   
 komandanın idmançıları200001500010000
 komandanın məşqçiləri1000075005000
4.Avropa Kubokunun final yarışı (ümumi hesabda)   
 komandanın idmançıları15000100008000
 komandanın məşqçiləri750050004000
5.Dünya Kubokunun final yarışı (fərdi)   
 idmançı600040003000
 məşqçi300020001500
6.Avropa Kubokunun final yarışı (fərdi)   
 idmançı400030002000
 məşqçi200015001000
7.Dünya birinciliyi (gənclər)   
 idmançı300020001500
 məşqçi15001000750
8.Dünya birinciliyi (yeniyetmələr)   
 idmançı250015001000
 məşqçi1250750500
9.Avropa birinciliyi (gənclər)   
 idmançı20001000800
 məşqçi1000500400
10.Avropa birinciliyi (yeniyetmələr)   
 idmançı1500800600
 məşqçi750400300

 

Beynəlxalq kompleks yarışlarında: Tələbələrin Ümumdünya Universiadası, Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Yeniyetmələrin Olimpiya Oyunları, Gənclərin Olimpiya Həftəsi yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı olmadığı təqdirdə, mükafatlandırma bu cədvəlin 2-ci bəndinə müvafiq olaraq həyata keçirilib.