Alınmış mal, görülmüş iş və xidmətlərin dəyərinin xəzinə uçotuna qəbul edilməsi  “Dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi”nin “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə təşkilat tərəfindən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə (Operatora) təqdim edilməsi yolu ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Qabaqcadan ödənişlər üzrə isə təşkilat tərəfindən XİİS vasitəsilə bu Qaydayla təsdiq edilmiş “Qabaqcadan ödəniş üzrə sifariş sənədi” təqdim edilir. Qabaqcadan ödəniş üzrə sifariş sənədinə xərc istiqamətindən asılı olaraq hesab faktura, bank zəmanəti, əmr və ya sərəncamlar və avans hesabatı sənədləri əlavə olunur.