Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin hüquqları sırasında fəaliyyət istiqamətləri üzrə Nazirliyin sisteminə daxil olan qurumlara, dövlət orqanlarına (qurumlarına), yerli və beynəlxalq təşkilatlara, media subyektlərinə müraciət etmək, onlara sorğu vermək, məlumatlar almaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu hüquqlar sırasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinə dair normativ hüquqi aktların, müvafiq proqram və digər sənədlərin tələblərinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin, beynəlxalq və ixtisaslaşdırılmış təşkilatların tövsiyələrinin ədliyyə sistemində yerinə yetirilməsi vəziyyətini öyrənmək, təhlil etmək, Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək və ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində müvafiq tədbirlər təşkil etmək də əksini tapıb.