Deformasiyaları III və IV k qruplar üçün olan deformasiyalardan böyük olan işlənmiş ərazilərdə şəhər və yaşayış məntəqələrin planlaşdırılmasında və tikintisində tikinti üçün yararlı ərazilərin daha səmərəli istifadəsi nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Müxtəlif qrup ərazilərin bir olduğu meydançalarda əsasən tikinti mühafizə tədbirləri tətbiq olunmaqla tikintisi təmin edilən funksional zonaların və ayrı-ayrı binaların (qurğuların) yerləşdirilməsi nəzərə alınmalıdır.

Tikinti üçün yararlı olmayan sahələr yaşıllıq zonaları, bağ, park və istirahət zonaları üçün ayrılmalıdır.