Kanalizasiya sistemlərinin basqılı və basqısız boru kəmərləri xidmət müddəti 25 ildən az olmayan borulardan və birləşdirici detallardan qurulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Binadaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin boruları və birləşdirici detalları polimer materiallardan (polietilen, polipropilen, tikilmiş polietilen, polibuten, şüşəplastika və b.), çuqundan, şüşədən qəbul edilməlidir. Polad boruların istifadə edilməsinə yol verilmir.