Hündür stellajlı birmərtəbəli anbar binalarında stellaj konstruksiyalardan xarici divarların qoruyucu konstruksiyalarının bərkidilməsi və örtük dayaqları üçün istifadə edilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
A və B kateqoriyalı anbar binalarının xarici mühafizə konstruksiyaları DTN 3.02-01-in tələblərinə uyğun olaraq asan atıla bilən konstruksiyalar kimi layihələndirilməlidir.