Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ədliyyə orqanlarına ilk dəfə qulluğa qəbul olunmuş işçilərin müəyyən edilmiş qaydada stajorluq və sınaq keçmələri işini təşkil etmək, bu işin vəziyyətini mütəmadi öyrənmək və təkliflər vermək və işçilərin vəzifələrdə istifadə olunması, ştat vahidlərinin işçilərlə komplektləşdirilməsi, həmçinin onların yerdəyişməsi, vəzifədən azad edilməsi, işdən kənarlaşdırılması və əmək münasibətlərinin xitamına dair təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Dövlət qulluğunda yardımçı vəzifələrin və dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün dövlət qulluğu və əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək də bu vəzifələr sırasındadır.