Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına işçilər üçün xidməti vəsiqələrin və buraxılış vərəqələrinin hazırlanmasını təmin etmək və qeydiyyatını aparmaq və işçilərin maddi və sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər barədə təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında xidməti-tətbiqi idman növlərinin inkişafı proqramları, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planları və işçilərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı təkliflər vermək və ədliyyə orqanları üzrə pensiyaya çıxmış veteranlara, müharibə iştirakçılarına və şəhid ailələrinə qayğı göstərilməsindən irəli gələn, o cümlədən müraciətlərinin həlli ilə bağlı işləri təşkil etmək də var.