Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsini həyata keçirmək və bu sahədə Nazirliyin sisteminə daxil olan qurumların fəaliyyətini əlaqələndirmək və insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində müvafiq dövlət qurumlarının aidiyyəti strukturları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), digər təsisatlar, habelə yerli və beynəlxalq qeyri-hökumət, hüquq müdafiə təşkilatları ilə əməkdaşlığı həyata keçirmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında İnsan Hüquqları üzrə Müvəkkildən (Ombudsman) və ya müstəqil monitorinq qruplarından daxil olan müraciət və sorğuların icrası məqsədilə Nazirliyin sisteminə daxil olan qurumların fəaliyyətini əlaqələndirmək və bununla bağlı müvafiq qeydiyyat aparmaq və insan hüquq və azadlıqlarına dair normativ hüquqi aktların layihələri üzrə Nazirliyin sisteminə daxil olan aidiyyəti qurumlarla birgə rəy vermək də əksini tapıb.