Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına notariuslara və qeyri-hökumət təşkilatlarına, habelə xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, habelə hədəfli maliyyə sanksiyaları üzrə qanunun tələblərinə riayət edilməsi sahələrində nəzarət tədbirlərini həyata keçirmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparmaq və rəsmi sənədlərin leqallaşdırılması üçün onların notariat qaydasında rəsmiləşdirilmiş surət və tərcümələrində notariusun imzasının həqiqiliyini təsdiq etmək də bu vəzifələr sırasındadır.