Yanğın söndürmək üçün hesablama su sərfinin verilməsi və suyun təzyiqinin avtomatik yoxlanılması təmin edildikdə, təsərrüfat-içməli su nasoslarından istifadə etməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman təsərrüfat-içməli su nasosları yanğın nasoslarına irəli sürülən tələbləri ödəməlidirlər. Təzyiq yol veriləndən aşağı düşdükdə yanğın nasosu avtomatik işə düşməlidir.
Yanğın əleyhinə məqsədlər üçün yanğın siqnalı ilə nasosların avtomatik və ya məsafədən işə düşməsi, yanğın kranının açılması ilə su kəmərinin girişindəki sayğac qovşağının dolama xəttində olan elektrikləşdirilmiş siyirtmənin açılması üçün siqnal eyni vaxtda daxil olmalıdır.