Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur:
– tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;
– tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;
– tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi;
– tikinti obyektinin istismar təyinatı;
– tikinti obyektinin əsas texniki göstəriciləri;
Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi.