Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında məhkəmələrin və hakimlərin fəaliyyətinə dair elektron statistik hesabat məlumatlarını qəbul edərək ümumiləşdirmək, təhlil etmək, aidiyyəti üzrə təqdim edilməsi üçün hazırlamaq, həmçinin elektron statistik hesabatları aidiyyəti informasiya resurslarında dərc etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında videokonfrans formatında keçirilən tədbirləri təşkil etmək və İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək də əksini tapıb.