Fərdi yaşayış evlərinin layihələndirilməsində yaşayış şəraiti və yaşayış otaqlarının mikroiqlimi üzrə normalaşdırılmış parametrlər, sanitariya-epidemioloji qaydalar nəzərə alınmaqla DÜİST 30494-ə və AzDTN 2.6-1-ə müvafiq təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları istisna olmaqla, fərdi yaşayış evlərinin tikintisi sərhədlərindən meşə massivlərinin kənarınadək məsafə 15 m-dən az olmamalıdır.