İcmallaşdırma prosesində maliyyə əməliyyatında hər hansı uyğunsuzluq müəyyən edildikdə, həmin uyğunsuzluğun aradan qaldırılmasını Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Zərurət yarandıqda Operator təşkilatı və ya Operatora pul vəsaitlərinin daxil olmasına nəzarət edən orqan və ya qurumları bu prosesin icrasına cəlb edə bilər. İcmallaşdırılan maliyyə əməliyyatları əməliyyat günün sonunda “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə təşkilata ötürülür.