2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Dallas (Texas, ABŞ) stadionda keçiriləcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ESPN məlumat yayıb.

Oyun Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas Cowboys” klubunun ev oyunlarının oynanıldığı “AT&T Stadium”unda keçiriləcək.

Arenanın maksimal tutumu 105 min tamaşaçıdır.

Stadion 2009-cu ildə istifadəyə verilib və 1 milyard 300 milyon dollara başa gəlib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Final iyulun 19-da baş tutacaq.