Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:
– qətnamənin çıxarılma vaxtı və yeri;
– qətnaməni çıxarmış məhkəmənin adı və tərkibi;
– apellyasiya şikayətini vermiş şəxs;
– şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu;
– məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar;
– apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri.