Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası məlum olub.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda (idiyyət haqqında qərardaddan şikayət verildikdə) məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.