Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəisi Baş idarəni təmsil edir, Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir, Baş idarənin işçiləri arasında vəzifə və iş bölgüsü aparır və Nazirliyin aparatının və strukturuna daxil olan qurumların kadr siyasətinin formalaşdırılması üzrə təkliflər verir və həmin siyasətin həyata keçirilməsində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarəsinin rəisi eyni zamanda insan resurslarının idarə edilməsi üzrə məsələlərə dair təkliflər verir, Baş idarənin işçiləri tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına riayət olunmasına nəzarət edir və kadr məsələlərinə dair Nazirlik üzrə əmr və sərəncamların, kollegiya qərarlarının və Nazirliyin iş planının icrasını təmin edir, nəzərdə tutulmuş aidiyyəti tədbirləri yerinə yetirir.