Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycan Respublikası üzrə hesabatlarına, tövsiyələrinə, sorğularına və digər sənədlərinə aidiyyəti üzrə vaxtında reaksiya verilməsi üçün bu barədə Nazirliyin rəhbərliyini məlumatlandırmaq və zəruri tədbirlər görmək və ədliyyə sistemində insan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən tədbirlər haqqında Nazirliyin sisteminə daxil olan qurumlardan məlumatları almaq, təhlil etmək və müvafiq dövlət orqanlarına təqdim edilməsi məsələsinin həlli üçün Nazirliyin rəhbərliyinə məruzə etmək də əksini tapıb.