Fərdi evlərin tikintisi zonalarında ərazinin yaşıllaşdırılması, abadlaşdırılması, mühəndis-kommunikasiya təminatı obyektlərinin və qurğularının, gündəlik istifadə olunan xidmət müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evləri yerləşən sahələrin sanitariya normaları və qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.