Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərin vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi bu Əsasnamədə nəzərdə tutulan aidiyyəti vəzifələrdən irəli gələrək aşağıdakıları həyata keçirir:
– baş idarənin fəaliyyət istiqamətlərinə dair məsələlər üzrə təhlillər və ümumiləşdirmələr aparır, nəticələrinə dair rəylər və analitik materiallar hazırlayır, habelə müxtəlif mənbələrdən toplanılmış məlumatları müqayisə edir, problemlərin müəyyən olunması və onların həlli məqsədilə qanunauyğun və məntiqli qərarlar qəbul edilməsi ilə bağlı təkliflər verir;
– baş idarənin fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;
– baş idarənin fəaliyyət istiqamətlərinə dair məsələlər üzrə normativ hüquqi aktların layihələrinə dair rəylər tərtib edir;
– müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;
– sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır;
– xidməti yoxlamaların, təftişlərin və monitorinqlərin aparılmasında iştirak edir, onların nəticəsinə dair arayışlar tərtib edir və təkliflər verir;
– aşkar etdiyi qanun pozuntuları və nöqsanlar, habelə nazirliyin nüfuzuna və fəaliyyətinə xələl gətirən faktlarla bağlı dərhal baş idarə rəhbərliyinə məlumat verir;
– sənədlərin və müraciətlərin icra vəziyyəti barədə məlumatların müvafiq elektron informasiya sisteminə daxil olunmasını təmin edir;
– sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı baş idarənin rəisinə məlumat təqdim edir;
– baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən digər vəzifələri icra edir;
– qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;
– xidməti fəaliyyətlə bağlı baş idarənin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.