Dövlət daktiloskopik və genom qeydiyyatından keçmiş şəxs barədə sorğular 7 (yeddi) iş günü, təcili sorğular isə 1 (bir) iş günü ərzində icra edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Qeydiyyatlar üzrə verilmiş məlumatın yoxlanılan şəxsə aid olub-olmaması barədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin, eləcə də vətəndaşların müraciətləri əsasında DİN KTİ tərəfindən araşdırma aparılır. Qeydiyyatda olan məlumatların digər yolla araşdırılması mümkün olmadıqda həmin şəxsin yazılı müraciəti əsasında DİN KTİ-də əl əksləri çıxarılır, bioloji material götürülür, kartoteka və banklarda olan məlumatlarla müqayisə edilərək nəticəsi barədə 30 (otuz) gün müddətində cavab verilir.