Dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi, habelə qabaqcadan ödəniş üzrə sifariş sənədi 3 iş günü ərzində xəzinə uçotuna qəbul edildikdən sonra kassa məxaric əməliyyatlarının həyata keçirilməsi “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə təşkilatın Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə (Operatora) təqdim etdiyi bu Qaydayla təsdiq edilmiş “Kassa məxaric əməliyyatlarının sifariş sənədi” və ödəniş tapşırığı əsasında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Uçota alınmış, lakin ödənişi icra edilməmiş əməliyyatlar təşkilatın müraciətinə əsasən ləğv oluna və ya dəyişdirilə bilər. Bu zaman təşkilatlar müvafiq sənədləri XİİS vasitəsilə Operatora təqdim edir.