Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən yerli şəraitdən asılı olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evinin mövcud torpaq sahəsində əlavə fərdi yaşayış evinin tikintisi zərurəti yarandıqda, həmin torpaq sahəsi yerquruluşu işləri aparılaraq yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilmək şərtilə hər bir fərdi yaşayış evinə aid edilən ayrı-ayrı hissələrə bölünməklə yerquruluşu layihələri mülkiyyətçilər tərəfindən təsdiq edilməlidir.