Bu gün Beynəlxalq Muğam Mərkəzində əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin Cadenza orkestrinin müşayiətində konserti keçirilib.
Heftelik.az-ın məlumatına görə, Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Bakıxanov möhtəşəm konsert proqramından sonra çıxış edərək professor Hökümə Əliyevanın tələbələrinin ifalarını yüksək qiymətləndirib.
Tofiq Bakıxanov arzu edib ki, Musiqi Akademiyasını rəhbərliyi belə tələbələri qapı arxasında qoymasın. Eyni zamanda Xalq artisti Mədəniyyət Nazirliyinin rəhbərliyini tənqid edib: “Mən Hökümə Əliyevanın zəhmətinə çox böyük qiymət verirəm. Heyf, gərək bugünkü gecədə Mədəniyyət Nazirliyinin, musiqi ictimaiyyətinin qabaqcıl nümayəndələri olaydı. Əfsuslar olsun ki, mən görmədim . Arzu edirəm ki, gələcəkdə belə konsertlərə Mədəniyyət Nazirliyinin rəhbərliyi vaxt taparaq gəlsin. Bu, müəllimi də, tələbələri də həvəsləndirə bilər”.
Heftelik.az Xalq artisti Tofiq Bakıxanovun çıxışını təqdim edir: