Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına aidiyyəti qurumların təkliflərini öyrənməklə rotasiya tətbiq ediləcək vəzifələri müəyyən etmək və işçilərin rotasiyasının planlı şəkildə həyata keçirilməsi işini təşkil etmək və rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işini təşkil etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Nazirliyin baş idarələrinin və idarələrinin rəisləri vəzifəsinə namizədlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmasından irəli gələn işləri görmək, işçilərin attestasiyasını təşkil etmək, nəticələrini təhlil etmək və təkliflər vermək və dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin təşkili və karyera inkişaf planının hazırlanması ilə bağlı vəzifələri icra etmək də bu vəzifələr sırasındadır.