Kanalizasiya şəbəkələrinin döşənməsinin haralarda açıq, yaxud qapalı nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Kanalizasiya şəbəkələrinin döşənməsi nəzərdə tutulmalıdır:
– açıq – bina konstruksiyalarına (divarlara, sütunlara, tavanlara, fermalara və s.) birləşdirməklə, həmçinin xüsusi dayaqlar üzərində yerləşdirməklə döşəməaltı sahələrdə, zirzəmilərdə, sexlərdə, yardımçı və köməkçi otaqlarda, dəhlizlərdə, texniki mərtəbələrdə və şəbəkələri yerləşdirmək üçün nəzərdə tutulmuş xüsusi otaqlarda;
– bağlı (gizli) – inşaat konstruksiyasında yerləşdirməklə, döşəmə altında (torpaqda, kanallarda), panellərdə, divar şırımlarında, sütunların üzlüklərinin altında (divara söykənmiş qutularda), asma tavanlarda, sanitar-texniki kabinalarda, şaquli şaxtalarda, döşəmə plintusunun arxasında.