Kombinə olunmuş konstruktiv sxem üzrə layihələndirilmə zamanı bina və qurğuların yerüstü və yeraltı hissələrinin müxtəlif konstruktiv sxemləri tətbiq edilməklə sərt və təsirə tabeli sxemlərin kombinasiyası nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Planda mürəkkəb formalı bina və qurğular deformasiya tikişləri ilə hissələrə bölünür. Hissənin hüdudlarında bina və qurğuların hündürlüyü bərabər, hissənin uzunluğu isə yer səthinin deformasiyalarının hesablama qiymətlərindən, əsasın qruntunun fiziki-mexaniki xassələrindən, qəbul olunan konstruktiv sxemdən, texnoloji tələblərdən asılı olaraq hesablama yolu ilə qəbul olunmalıdır.