Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında İdarədə kargüzarlıq işini təşkil etmək, İdarənin əməkdaşlarının peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək və nazirliyin sisteminə daxil olan qurumlarda, məhkəmələrdə müvafiq sahə üzrə tələb olunan maliyyə vəsaitlərinə dair ehtiyacları təhlil edərək ədliyyə nazirinə təqdim etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında İdarəyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə etmək və fəaliyyət istiqamətləri üzrə və Nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək də əksini tapıb.