Əməliyyat gününün sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı vahid xəzinə hesabının qalığı barədə bank çıxarışını Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə (Operatora) təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Operator əməliyyat gününün sonunda “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”ndə (XİİS) kassa məxaric əməliyyatlarının icmal kitabını tərtib edir və həmin əməliyyatlar nəticəsində vahid xəzinə hesabının qalığı ilə XİİS-in uçot registrindəki məlumatlar tutuşdurulur.