Meydança binanın daxilində və ya ondan kənarda yerləşdirilmiş müstəqil dayaqların  və ya binanın konstruksiyası üzərində olan və  avadanlıqların quraşdırılması, təmiri və xidməti üçün nəzərdə tutulan biryaruslu qurğulara (divarsız) deyilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Texniki mərtəbə binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbədir. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələr arası ola bilər.