Ehtiyat və tənzimləyici həcmlər (su-basqı qüllələri, rezervuarlar, hidropnevmatik çənlər, istilik akkumulyatorları və s.) su tələbatını tənzimləmək üçün kifayət qədər su tutumuna malik olmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğınsöndürmə qurğuları olduqda soyuq su kəmərinin ehtiyat və tənzimləyici həcmlərində, həmçinin yanğının söndürülməsinə tələb olunan toxunulmaz su ehtiyatı da olmalıdır. Yanğın söndürülməsinə tələb olunan su ehtiyatının toxunulmazlığını təmin etmək və ondan başqa məqsədlərə  istifadənin mümkünsüzlüyü üçün xüsusi qurğular nəzərdə tutulmalıdır.

Rezervuarda yanğın nasoslarının səviyyə və ya təzyiq ötürücülərindən işə düşməsini təmin etmək üçün minimal su həcmi saxlanılmalıdır.

Rezervuarın tipi, onun qurulmasının məqsədəuyğunluğu və qoyulma yeri texniki-iqtisadi hesablamalarla təyin edilməlidir.

Yanğın əleyhinə su ehtiyatı saxlamaq üçün hidropnevmatik çənlərdən layihə tapşırığına əsasən istifadə etməyə yol verilir.