Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına ədliyyə, məhkəmə, prokurorluq orqanları tərəfindən verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair və notariat qaydasında təsdiq edilmiş sənədlərə apostil vermək, bununla əlaqədar “Apostillərin elektron reyestri” informasiya sistemini formalaşdırmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra – Əhalinin Dövlət Reyestri) qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması işinin təşkilinə, bu sahədə ortaya çıxan problemlərin həlli ilə bağlı zəruri köməklik göstərmək və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatların Əhalinin Dövlət Reyestrinə və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməsini təşkil etmək də bu vəzifələr sırasındadır.