Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin hüquqları sırasında ədliyyə sahəsində insan hüquq və azadlıqlarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxmaq, bununla əlaqədar tədbirlərin görülməsinə zərurət olduqda Nazirliyin rəhbərliyinə təkliflər vermək və Nazirliyin tərəfdaş olduğu müvafiq layihələr üzrə tədbirlər görmək, onların nəticələrini ümumiləşdirmək və Nazirliyin rəhbərliyini məlumatlandırmaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu hüquqlar sırasında Nazirliyin kommunikasiya strategiyasını, sosial media siyasətini və böhran kommunikasiyasını həyata keçirmək məqsədilə Nazirliyin sisteminə daxil olan qurumlara, habelə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarına, eləcə də özəl sektor və beynəlxalq təşkilatlara müraciət etmək, sorğu vermək və məlumatlar almaq da əksini tapıb.