Hündür stellajlı, C kateqoriyalı anbar binaları tüstünün kənarlaşdırılması üçün fənərləri və ya dam örtüyündə sorucu bacaları olan CO sinifli, I-IV dərəcəli odadavamlı, birmərtəbəli layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Stellajlar hündürlük boyu addımı 4 m-dən çox olmamaqla yanmayan materialdan hazırlanmış üfüqi yanğın ekranlarına malik olmalıdır.