Dövri və təkrar istifadəli su təchizatı sistemlərindəki su toplayan rezervuarların bina daxilində və binadan kənarda yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Rezervuarlar su təchizatının xarici şəbəkə və qurğularının layihələndirilməsi normalarına əsasən nəzərdə tutulmalıdır.