Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına qanunvericiliyə uyğun olaraq müharibə veteranı statusu almış şəxslərə dair məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında ali təhsil müəssisələrinin tələbələrinin ədliyyə orqanlarında və məhkəmələrdə istehsalat təcrübəsi keçmələri işini təşkil etmək və ədliyyə orqanlarında könüllülük institutunun tətbiqi və onun təşviqi ilə bağlı aidiyyəti işləri yerinə yetirmək də var.