Saxlanılan maddə, material, məhsul, xammaldan və onların qablaşdırılmasından asılı olaraq anbar bina və yerləşgələri partlayış – yanğın və yanğın təhlükəsinə görə A, B, C, D və E kateqoriyalarına bölünür.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və yerləşgələrin kateqoriyaları yanğın əleyhinə təhlükəsizlik normalarının tələblərinə uyğun müəyyən edilir.
Qeyd. Sonradan mətn üzrə termin “maddələr, materiallar, məhsullar və xammallar” birləşdirilərək “yüklər” termini ilə əvəz olunur.